Yuxarı

Sponsoru yanlış məlumat verən olimpiya çempionundan imtina edib

Rayan Loxte polisə soyulduğunu bildirib

Bakı. 23 avqust. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərindəki XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış ABŞ üzgüçüsü Rayan Loxte sponsorunu itirib. "Report"un məlumatına görə, buna səbəb 32 yaşlı üzgüçünün olimpiada ərəfəsində qalmaqal yaşaması olub.

Polisə soyulduğunu bildirən Loxtenin araşdırmalardan sonra yanlış məlumat verdiyi müəyyənləşib. İdmançının çimərlik geyimi sponsoru olan "Speedo" bu cür addımın şirkətin prinsiplərinə zidd olduğunu və əməkdaşlıqdan imtina etdiklərini açıqlayıb.

Aktivində 12 olimpiya medalı olan Loxte Rio-de-Janeyroya yollanmamışdan əvvəl daha 3 sponsorunu itirib.

Qeyd edək ki, idmançı "Rio-2016"da 4x200 metr məsafəyə sərbəst üzmə yarışında birinci olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi