Yuxarı

​"Rio-2016"nın qızıl medalçısı rusiyalı idmançıdan üzr istəyib

ABŞ idmançısı rusiyalını təbrik etmədiyi üçün bu addımı atıb

Bakı. 9 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzməkdə birinci olan ABŞ idmançısı Lilian Kinq Yuliya Yefimovadan üzr istəyib. 

"Report"un məlumatına görə, buna səbəb birinci pillənin sahibinin gümüş medal qazanmış rusiyalı üzgüçünü yarışdan sonra təbrik etməməsidir.

Bu addımına görə, üzrxahlığını ifadə edən Kinq bunları bildirib: "Yefimova onu təbrik etməyimi gözləyirdisə, mən ondan üzr istəyirəm. O, əla yarışırdı. Sadəcə finişdən sonra mən üçüncü yer tutan həmyerlim Keti Meylini təbrik etmək istəmişdim".

Qeyd edək ki, L.Kinq qızıl, Y.Yefimova gümüş, K.Meyli isə bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi