Yuxarı

XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mingəçevirdə olub

Avarçəkən Demyanenko üçün təntənəli mərasim təşkil olunub

Mingəçevir. 27 avqust. REPORT.AZ/ Mingəçevirin "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində kanoeçi Valentin Demyanenkonun "Rio-2016"da gümüş medal qazanması münasibətilə təntənəli mərasim keçirilib.

"Report"un məlumatına görə, 33 yaşlı idmançı əvvəlcə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmiləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub.

Daha sonra Demyanenko Mingəçevirin idman ictimaiyyəti, gənc avarçəkənləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Daha sonra o, AMAF-ın vitse-prezidenti Natiq Abbasov və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi ilə birgə mətbuat konfransı keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi