Yuxarı

"Rio-2016": Braziliya olimpiya çempionu olub

Penaltilər zamanı Braziliya yığması Almaniya komandasına 5:4 hesabı ilə qalib gəlib

Bakı. 21 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları çərçivəsində Braziliya və Almaniyanın kişi futbolçularından ibarət yığmaları finalda üz-üzə gəlib.

"Report"un məlumatına görə, oyunun birinci hissəsinin 26-cı dəqiqəsində Neymar Braziliyanı hesabda irəli çıxarıb. Lakin ikinci hissənin 59-cu dəqiqəsində Mayer Maksimilian hesabı bərabərləşdirib.

Final oyununun əsas hissəsi 1:1 bərabərliyi ilə başa çatdığından əlavə vaxt ayrılıb.

Oyunun əlavə vaxtında isə komandalar fərqlənə bilməyib. Penaltilər seriyasında Braziliya yığması Almaniya komandasına 5:4 hesabı ilə qalib gəlib. 

Bununla da Braziliyanın kişi futbolçulardan ibarət yığması ilk dəfə olimpiya çempionu olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi