Rio-2016:Azərbaycanın 29 idmançısı çıxışını tam başa vurub

Rio-2016:Azərbaycanın 29 idmançısı çıxışını tam başa vurub Onlardan cüdoçu Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazanıb
Fərdi
15 Avqust , 2016 07:12
Rio-2016:Azərbaycanın 29 idmançısı çıxışını tam başa vurub

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 29-u çıxışını tam başa vurub.

"Report"un məlumatına görə, onlardan cüdoçu Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazana bilib.

Ötən gün yığmamızın bayraqdarı, boksçu Teymur Məmmədov, yunan-Roma güləşçiləri Rövşən Bayramovla Elvin Mürsəliyev, eləcə də velosipedçi Olqa İsmayılova çıxış ediblər. Lakin onlardan heç biri medalçılar sırasına düşə bilməyib. Bununla da Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 27-yə çatıb.

Onlardan 13-ü - velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, boksçular Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç və oxatan Olqa Senyuk legionerdir.

Güləş

Yunan-Roma

Rövşən Bayramov (59 kq) - 5-ci yer

Elvin Mürsəliyev (75 kq) - 7-ci yer

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub.

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Boks

Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub

Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib

Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub

Atletika

Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer.

Azərbaycanın olimpiadada medalsız qalan idmançılarının sayı 27-yə çatıb

Son xəbərlər

Orphus sistemi