Yuxarı

Rio-2016: Azərbaycan təmsilçisi 155 marafonçu arasında 28-ci olub

O, 40 km. məsafəni 2:15:31 saniyəyə qət edib

Bakı. 21 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının son yarış günündə daha bir təmsilçimiz mübarizəyə qoşulub.

"Report" xəbər verir ki, legioner atlet Evans Kiplaqat Barkovet marafon qaçışında iştirak edib.

O, 40 km. məsafəyə marafon qaçışında 155 idmançı arasında finişə 2:15:31 saniyəlik göstərici ilə 28-ci çatıb.

Finişə ilk olaraq keniyalı atlet Kipçoqe Eliud, ikinci efiopiyalı Lilesa Feyisa, üçüncü isə ABŞ təmsilçisi Rupp Galen çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi