Yuxarı

​"Rio-2016": Azərbaycanın 39 idmançısı çıxışlarını başa vurub, 7 medal qazanılıb

Ötən yarış günündə ölkəmizin aktivinə 1 gümüş, 1 bürünc medal yazılıb

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 39-u çıxışlarını tam başa vurub.

"Report"un məlumatına görə, ötən yarış günündə ölkəmizin aktivinə 1 gümüş, 1 bürünc medal yazılıb.

Qadın güləşçi Mariya Stadnik 48 kq çəki dərəcəsində ardıcıl ikinci olimpiadanı gümüş medalla başa vurub. O, qızıl medalı sona 3 saniyə qalmış əldən verib. Taekvondoçu Patimat Abakarova isə 49 kq çəkidə ölkə tarixində ilk dəfə bu növdə medal qazanıb.

Digər qadın güləşçi Yuliya Ratkeviç 5-ci yeri tutub. Boks üzrə dünya çempionu Elvin Məmişzadə 1/4 finalda uduzub. Atlet Hayle İbrahimov isə 5000 metr məsafəyə qaçışda seçmə mərhələni 7-ci yerdə başa vuraraq, finala yüksələ bilməyib.

Kayakçı qadınların mübarizəsində İnna Osipenko Radomskaya 1 nəfərlik qayıqla 500 metr, kanoeçi Valentin Demyanenko isə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə finala yüksəlib. Həlledici mərhələ yürüşləri bu gün olacaq.

Beləliklə, Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 33-ə çatıb.

Onların yarıdan çoxu - boksçular Yana Alekseyevna, Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, yunan-Roma güləşçisi Saman Təhmasibi, qadın güləşçi Yuliya Ratkeviç, velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan və Hayle İbrahimov, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç və oxatan Olqa Senyuk legionerdir.

Güləş

Qadın güləşi

Mariya Stadnik (48 kq) - gümüş

Yuliya Ratkeviç (58 kq) - 5-ci yer

Yunan-Roma

Rəsul Çunayev (66 kq) - bürünc

Sabah Şəriəti (130 kq) - bürünc

Rövşən Bayramov (59 kq) - 5-ci yer

Elvin Mürsəliyev (75 kq) - 7-ci yer

Saman Təhmasibi (85 kq) - 13-cü yer

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub.

Boks

Elvin Məmişzadə (52 kq) - 1/4 finalda uduzub

Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub

Yana Alekseyevna (60 kq - qadınlar) - 1/4 finalda uduzub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub

Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Taekvondo

Patimat Abakarova (49 kq) - bürünc

Kanoe-sprint

Kayak

İnna Osipenko Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - bürünc

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib

Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub

Atletika

Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer

Nazim Babayev (üçtəkanla uzununa tullanma) - 25-ci yer

Hayle İbrahimov (5000 metr məsafəyə qaçış) - seçmə mərhələdə 7-ci yer. Finala çıxa bilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi