​Qadın güləşi üzrə Azərbaycan yığma komandası Ukraynaya yollanıb

​Qadın güləşi üzrə Azərbaycan yığma komandası Ukraynaya yollanıb Toplanışa 6 güləşçi qatılıb
Fərdi
5 İyul , 2016 16:03
​Qadın güləşi üzrə Azərbaycan yığma komandası Ukraynaya yollanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Qadın güləşi üzrə Azərbaycan yığma komandası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə növbəti təlim-məşq toplanışı üçün Ukraynaya yollanıb. 

"Report"un məlumatına görə, bu gündən start götürən toplanışda 6 güləşçi iştirak edəcək.

Ayın 20-dək davam edəcək toplanış Zaroslyak təlim-məşq bazasında Ukraynanın qadın güləşçiləri ilə birgə olacaq. Toplanışa baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hamısı 58 kq) və Tatyana Omelçenko (60 kq) qatılıb.

Qeyd edək ki, Rio-2016-da Azərbaycan 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) güləşçi təmsil olunacaq. Yarışlar avqustun 14-21-də baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi