Paralimpiyaçı olimpiya çempionundan daha sürətli qaçıb

Paralimpiyaçı olimpiya çempionundan daha sürətli qaçıb ABŞ olimpiyaçısının nəticəsi paralimpiyaçıların mübarizəsində ilk 4 yeri tutanların göstəricilərindən də zəifdir
Fərdi
13 Sentyabr , 2016 15:12
Paralimpiyaçı olimpiya çempionundan daha sürətli qaçıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 1500 metr məsafəyə qaçışın qalibi olimpiya çempionundan daha sürətli olub.

"Report" "Eurosport"a istinadən xəbər verir ki, Əlcəzairdən olan paralimpiyaçı Abdellatif Baka bu məsafəni 3 dəqiqə 48,29 saniyəyə qaçıb. Efiopiyalı Tamir Demiss 3 dəqiqə 48,59 saniyəyə qaçaraq ikinci, Keniyadan olan paralimpiyaçı Henri Kirve isə 3-cü olub. Abdellatif Bakanın qardaşı Fuad Baka isə 3 dəqiqə 49,59 saniyə ilə finişə dördüncü çatıb.

Halbuki son olimpiya çempionu, ABŞ idmançısı Mettyü Tsnetroviç bu məsafəni 3,5 dəqiqəyə qaçıb. Bu isə paralimpiyaçıların mübarizəsində ilk 4 yeri tutanların göstəricilərindən də zəifdir. Amma Tsnetroviç 108 il ərzində 1500 metrlik məsafəyə qaçışda olimpiya çempionu olan ilk ABŞ idmançısıdır.

Son xəbərlər

Orphus sistemi