Yuxarı

Olimpiya Oyunlarında ilk dəfə qaçqınlardan ibarət komanda iştirak edəcək

Bu komandanın tərkibinə 10 idmançı daxildir

Bakı. 28 iyul. REPORT.AZ/ Olimpiya Oyunlarında ilk dəfə qaçqınlardan ibarət komanda iştirak edəcək.

"Report" BMT-nin xəbərlər mərkəzinə istinadən məlumat verir ki, bu komandanın tərkibinə 10 idmançı daxildir.

Onlardan beşi Keniyadakı Kakuma qaçqın düşərgəsində yaşayan Cənubi Sudan vətəndaşlarıdır. Son bir il ərzində onlar Keniyanın paytaxtı Nayrobidə hazırlıq keçib.

"Mən digər qaçqınlar və idmançılarla görüşmək istəyirəm. Əlbəttə ki, mən Braziliyanı da görmək istəyirəm. Bura gələndən çoxlu məşq etmişəm, nəticələrimi yaxşılaşdıra bilmişəm. Əvvəllər 400 metrlik məsafəni 85 saniyəyə qaçırdım, indi isə cəmi 1 dəqiqəyə bu məsafəni qət edirəm", - deyə,  qaçqın idmançılardan biri olan Andjalin Naday bildirib.

Rio-de-Janeyrodakı olimpiadaya yollanacaq qaçqınlar arasında Suriya və Konqodan olanlar da var.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları avqustun 5-də başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi