Bakı. 15 avqust. REPORT.AZ/ ABŞ-ın Olimpiya və dünya çempionu üzgüçü Rayan Loxte və onun milli komandadan 3 dostu silahlı hücuma məruz qalıb.
"Report"un məlumatına görə, hadisə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları zamanı baş verib.
ABŞ-ın Olimpiya Komitəsindən verilən açıqlamada idmançıların gecə klubundan çıxdıqdan sonra əyləşdikləri taksinin qarşısının polis formalı şəxslər tərəfindən kəsildiyi bildirilir.
Cinayətkarlar idmançıların pul və qiymətli əşyalarını götürüblər.