​Olimpiadaya saxta bilet satan şəxslər saxlanılıb

​Olimpiadaya saxta bilet satan şəxslər saxlanılıb Saxlanılanlar İrlandiya və Braziliya vətəndaşlarıdır
Fərdi
9 Avqust , 2016 19:32
​Olimpiadaya saxta bilet satan şəxslər saxlanılıb

Bakı. 9 avqust. REPORT.AZ Rio-de-Janeyroda keçirilən yay Olimpiya Oyunlarında saxla bilet satan iki nəfər saxlanılıb. 

"Report"un məlumatına görə, yerli polisin otellərin birinə basqını zamanı bilet və yerləşmə imkanı yaradan İngiltərə şirkətinin idarəçisi Kevin Ceyms Mallonun qaldığı otaqdan 1000 ədəd saxta bilet aşkarlanıb.

Polis İrlandiya vətəndaşı olan Mallonu və ona kömək edən yerli vətəndaşı saxlayıb. Polis saxlanılan şəxslərin internet üzərindən saxta bilet satdıqlarını və qonaqları rahat oteldə yerləşdirmək adı ilə dəvət edib keyfiyyəti aşağı olan otellərə apardıqlarını deyib.

Son xəbərlər

Orphus sistemi