Olimpiadada təhlükəsizliyi 55 ölkə nümayəndələri qoruyacaq

Olimpiadada təhlükəsizliyi 55 ölkə nümayəndələri qoruyacaq 250 polis zabiti Braziliyanın silahlı qüvvələrinə və polis strukturlarına yardımçı olacaq
Fərdi
19 İyul , 2016 09:43
Olimpiadada təhlükəsizliyi 55 ölkə nümayəndələri qoruyacaq

Bakı. 19 iyul. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təhlükəsizliyi dünyanın 55 ölkəsinin nümayəndələri qoruyacaq. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin I vitse-prezidenti Naval əl-Mütəvəkkül "Le Matin"ə bildirib. 

O bildirib ki, təhlükəsizlik xidməti əməkdaşları olimpiada ilə əlaqəsi olan bütün insanların genişmiqyaslı yoxlamasını aparıb. Bu, təhlükəsizliyə hədələrin qarşısını almaq üçündür. 400 min insan, o cümlədən, könüllülər, jurnalistlər və rəsmi şəxslər barədə informasiyalar analiz edilib. 

55 ölkədən 250 polis zabiti Braziliyanın silahlı qüvvələrinə və polis strukturlarına yardımçı olacaq. ABŞ, Belçika və Fransa kəşfiyyat xidmətlərinin rəsmiləri də terror təhlükələrinin qarşısının alınmasında Braziliyaya kömək edəcəklər. 

Qeyd edək ki, 5 - 21 avqustda keçiriləcək "Rio-2016"da Azərbaycanı 56 idmançı təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi