Yuxarı

Olimpiadada idmançılardan götürüləcək dopinq-testlərin sayı açıqlanıb

Braziliya rəhbərliyi Oyunlar zamanı Antidopinq Agentliyinin fəaliyyətinə 10 milyon avro ayıracaq

Bakı. 10 may. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarında idmançılardan 6000-dən çox dopinq-test götürüləcək. "Report"un Braziliya Antidopinq Agentliyinə istinadən verdiyi məlumata görə, dopinq-testlərin 5000-i olimpiyaçıları, 1200-ü paralimpiyaçıları əhatə edəcək. 

Ölkə rəhbərliyi Oyunlar zamanı Antidopinq Agentliyinin fəaliyyətinə 10 milyon avro ayıracaq. 

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. Bu, Cənubi Amerikada təşkil olunan ilk olimpiada olacaq. Yay Paralimpiya Oyunları isə 7 - 18 sentyabrda təşkil ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi