Olimpiada tarixinin ən titullu idmançısı Rio-2016-dan sonra karyerasını başa vuracaq

Olimpiada tarixinin ən titullu idmançısı Rio-2016-dan sonra karyerasını başa vuracaq Maykl Felps: "Bu gün sonuncu dəfə 200 metr məsafəyə üzməkdə yarışdım"
Fərdi
12 Avqust , 2016 10:24
Olimpiada tarixinin ən titullu idmançısı Rio-2016-dan sonra karyerasını başa vuracaq

Bakı. 12 avqust. REPORT.AZ/ Olimpiya oyunları tarixinin ən titullu idmançısı olan amerikalı üzgüçü Maykl Felps Rio-de-Janeyroda keçirilən olimpiadadan sonra karyerasını başa vuracaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə atletin özü mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, onun üçün fantastik həftə, karyerasını bitirmək üçün inanılmaz üsul olub: "Bu gün sonuncu dəfə 200 metr məsafəyə üzməkdə yarışdım. 20 il əvvəl üzməyi öyrəndiyimi, amma bundan sonra yarışa bilməyəcəyimi düşünmək qəribə hisslər oyadır. Amma digər tərəfdən, mən hər zaman istədiyimi eləmişəm".

Qeyd edək ki, M.Felps beş dəfə Olimpiya oyunlarında iştirak edib. O, 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilən olimpiadalarda ümumilikdə 26 medal (22 qızıl, 2 gümüş və 2 bürünc) qazanıb.

Rio-de-Janeyro Olimpiya Oyunlarının altıncı günündə 31 yaşlı üzgüçü 200 metr məsafəyə kompleks üzməkdə qalib gəlməklə 22 dəfə Olimpiya çempionu adına sahib çıxıb. Bu qələbə sayəsində ABŞ idmançısı təxminən iki min il əvvəl yunan atleti (qaçış) Leonid Rodesin rekordunu qırıb.

Son xəbərlər

Orphus sistemi