Namiq Əliyev: "Azərbaycan güləşçiləri Rio-2016-da yüksək əyarlı medallar qazanmağı hədəfləyir"

Namiq Əliyev: "Azərbaycan güləşçiləri Rio-2016-da yüksək əyarlı medallar qazanmağı hədəfləyir" Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-prinin final mərhələsinin açılış mərasimi keçirilib
Fərdi
27 Noyabr , 2015 18:41
Namiq Əliyev: Azərbaycan güləşçiləri Rio-2016-da yüksək əyarlı medallar qazanmağı hədəfləyir

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-prinin final mərhələsinin açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, bədii hissənin ardından iştirakçı ölkələr səhnəyə dəvət olunub.

Rəsmi hissədə çıxış edən Dünya Güləş Birliyinin (UWW) baş katibi Mişel Düsson çıxışında yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

O deyib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları öncəsi xüsusi önəm kəsb edən turnir Azərbaycanda güləşin inkişafından məmnunluq ifadə edib. Düsson dünyada güləşin xüsusi yer tutduğunu və heç bir böhtanın bu növü inkişafdan saxlaya bilməyəcəyini vurğulayıb. UWW rəsmisi ən güclü güləşçilərin qalib gəlməsini arzulayıb.

Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev isə 41 ölkədən 450-dək pəhləvanı salamlayıb. O, artıq 8 ildir Qızıl Qran-prinin final mərhələsini təşkil etdiklərini xatırladıb. N.Əliyev yayda keçirilmiş "Bakı 2015" I Avropa Oyunlarının bütün dünyada yüksək qiymətləndirildiyini söyləyib. Federasiya rəsmisi Avropa Oyunları və dünya çempionatında olduğu kimi, Rio-2016-da da yüksək əyarlı medallar qazanmağı hədəflədiklərini açıqlayıb. Sonda o, yarışı açıq elan edib.

Dövlət himninin səsləndirilməsinin ardından Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Dağıstanla hərtərəfli münasibətlərin inkişafındakı roluna görə fəxri diplomla təltif olunub. Dağıstanın baş naziri və Dağıstan Güləş Federasiyasının prezidenti Abdusalam Həmidov da UWW və AGF tərəfindən mükafatlandırılıb.

Ardından sərbəst güləşçilərin medal görüşlərinə start verilib.

Son xəbərlər

Orphus sistemi