MOK-un vitse-prezidenti: "Ağcaqanada görə Olimpiadadan imtina etmək düzgün olmaz"

MOK-un vitse-prezidenti: "Ağcaqanada görə Olimpiadadan imtina etmək düzgün olmaz" "Hər kəsə uzunqol köynək geyinmək məsləhət görülüb"
Fərdi
29 İyul , 2016 15:53
MOK-un vitse-prezidenti: Ağcaqanada görə Olimpiadadan imtina etmək düzgün olmaz

Bakı. 29 iyul. REPORT.AZ/ "Braziliyada Zika virusu təhlükəsi hələ də var. Amma indi altı ay əvvəlkindən daha zəifdir. Yəqin axşamlar hamınız ağcaqanadın mövcudluğunu hiss edirsiniz. Hər kəsə uzunqol köynək geyinmək məsləhət görülüb".

"Report" xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə keçirdiyi mətbuat konfransında deyib.

"Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi tibbi çantalar hazırlanıb. Üstəlik ağcaqanadların zəhərini çəkmək üçün xüsusi cihazlar hazırlanıb. Bir balaca ağcaqanada görə, Olimpiadadan imtina etmək düzgün olmaz", - Ç.Hüseynzadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi