Yuxarı

MOK Rio-2016-nın Azərbaycanda yayımı ilə bağlı ilə məsələlərə aydınlıq gətirib

Çingiz Hüseynzadə: Rioda ən azı 11-12 medal qazanmalıyıq

Bakı. 29 iyul. REPORT.AZ/ Milli Olimpiya Komitəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının təbliğat və təşviqatı ilə bağlı mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, brifinqdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə və qurumun digər əməkdaşları iştirak ediblər.

Komitənin Marketinq departamentinin rəhbəri Mehman Kərimov jurnalistlərə müraciətində idmançılar, yarışlarla bağlı məlumatların MOK-dan dəqiqləşdirilməsini və bu işdə öz köməklərini əsirgəməmələrini istəyib. Bundan başqa, M.Kərimov yarışların rəsmi yayımçısı olan İctimai Televiziyadan (İTV) əlavə internet üzərindən də ictimaiyyətə çatdırılacağını söyləyib.

Onun sözlərinə görə, olimpiada zamanı zəfər günləri də keçiriləcək. Komitə rəsmisi televiziya vasitəsilə nailiyyət qazanmış idmançıların yaxınlarının, ailə üzvlərinin efirə cəlb olunacağını söyləyib.

Komitənin vitse-prezidenti 7 saatlıq fərqin olacağını nəzərə alaraq yarışların gündüz saatlarda tamaşaçılara göstərilməsinin mümkünlüyünü ifadə edib. 

Ç.Hüseynzadə isə gün ərzində 8 yayımın olacağını deyib. O, idmançılardan gözləntilərini də bildirib: "Proqnozu idmançıların potensialını nəzərə alaraq demək olar. Londonda 10 medal qazandıq. Ancaq bu dəfə komanda və idman növlərinin sayı çox olduğundan imkanlarımız daha çoxdur. Hesab edirəm ki, Rioda ən azı 11-12 medal qazanmalıyıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi