​Məşhur qolfçu Rio-2016-ya qatılmaqdan imtina edib

​Məşhur qolfçu Rio-2016-ya qatılmaqdan imtina edib Dastin Conson: "Zika" virusu ilə bağlı təhlükəyə ciddi yanaşmaq lazımdır"
Fərdi
9 İyul , 2016 11:04
​Məşhur qolfçu Rio-2016-ya qatılmaqdan imtina edib

Bakı. 9 iyul. REPORT.AZ/ Məşhur amerikalı qolfçu Dastin Conson Latın Amerikasında "Zika" virusunun yayılması səbəbindən Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına qatılmaqdan imtina edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, D.Conson deyib ki, qərar vermək asan deyildi: "Lakin "Zika" virusu ilə bağlı təhlükəyə ciddi yanaşmaq lazımdır".

Qeyd edək ki, mayın sonunda dünyanın yüzdən artıq məşhur alimi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) açıq məktubla müraciət edərək, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının "Zika" virusu səbəbindən təxirə salınmasına və ya başqa bir vaxta keçirilməsinə çağırıblar. ÜST-dən məktuba cavab olaraq Olimpiya Oyunlarının nəzərdə tutulduğu avqust ayında "Zika" virusuna yoluxma riskinin olduqca aşağı olduğu bildirilib. 

Xatırladaq ki, "Zika" virusuna qarşı vaksin hələlik mövcud deyil.

Son xəbərlər

Orphus sistemi