Yuxarı

Kubalı ikiqat olimpiya çempionu Göygölə gəlib

Azərbaycan güləşçiləri olimpiada öncəsi təlim-məşq toplanışındadır

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın güləş yığmaları 2016-cı il Yay Olimpiya Oyunlarına hazırlıqları davam etdirirlər. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yunan-Roma və sərbəst güləş yığmaları Göygöy Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Bolqarıstanın Belmeken təlim-məşq bazasında toplanışdadır. 

Mayın 13-dən Bolqarıstana yollanan qadın güləşçilər ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. Təlim-məşq toplantısında, həmçinin Türkiyə, Belarus və Macarıstan yığmasının üzvləri də iştirak edir. 

Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə mayın 15-dən başlayıb və 30-dək davam edəcək. "Klassik" güləşçilərin toplanışında Kuba, İran və Gürcüstan güləşçiləri də iştirak edir. Kuba yığmasının heyətində ikiqat olimpiya, 5 qat dünya və 8 qat Pan-Amerika çempionu Mijain Lopez (130 kq), dünya və 3 qat Pan-Amerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı, Pan-Amerika çempionatının qalib və mükafatçıları da yer alıb. 

Sərbəst güləşçilər də hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirir. Kuba sərbəst güləş yığmasının heyətində Dünya və Pan-Amerika çempionatlarının qalib və mükafatçıları yer alıb. 

Qeyd edək ki, "Rio-2016"da Azərbaycan güləşçiləri 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14 - 21 avqustda olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi