Yuxarı

Keniyalı baş məşqçi: "Bakıdakı dünya çempionatında yaradılan şərait Riodakından daha yaxşı idi"

Deyv Munue: Olimpiya kəndində isti su yoxdur, otaqları yaxşı təmizləmirlər

Bakı. 28 iyul. REPORT.AZ/ "XXXI Yay Olimpiya Oyunlarında iştirak etmək məqsədilə Rio-de-Janeyroya gələn milli komandaların yaşayış şəraiti heç də yaxşı deyil".

Bu barədə "Report"a açıqlamasında Keniya boks komandasının məqşçisi Deyv Munue (Dave Munuhe) bildirib.

Onun sözlərinə görə, Olimpiya kəndində isti su yoxdur, həmçinin otaqları yaxşı təmizləmirlər. Bununla belə, D.Munue idmançıların yaxşı qidalanması üçün yaxşı şəraitin olduğunu qeyd edib.

2010-cu ilin aprel ayında yeniyetmələr arasında boks üzrə dünya çempionatında iştirak etmək məqsədilə Bakıya səfərini xatırladan D.Munue Azərbaycan paytaxtında yaradılan şəraitin Rio-de-Janeyroda Olimpiya kəndində yaradılmış şəraitdən daha yaxşı olduğunu bildirib.

Qeyd edək ki, buna qədər Fransa, ABŞ, Belarus və bir sıra digər ölkələrin olimpiya komandaları yaşayış şəraiti barədə şikayət etmiş, Avstraliya Olimpiya Komitəsi isə özü idmançılarını hotellərə yerləşdirmişdi.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunları avqustun 5-də start götürəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi