Bakı. 21 iyul. REPORT.AZ/ Lozannada yerləşən İdman arbitraj məhkəməsi (CAS) beynəlxalq yarışlardan kənarlaşdırılmalarına görə, şikayət edən Rusiya Olimpiya Komitəsi və 67 yüngül atletin kollektiv iddiasını rədd edib.
Bu barədə "Report" "NTV"yə istinadən xəbər verir.
Müvafiq məhkəmə qərarını qurumun baş katibi Matye Rib elan edib.
Beləliklə, CAS Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) qərarını qüvvədə saxlayıb. Assosiasiya uzunluğa tullanma üzrə yarışan Darya Klişinadan başqa, bütün idmançıların Rio-de-Janeyro-2016 olimpiadasında iştirak üçün ərizələrini qəbul etməyib.