Yuxarı

Hacı Əliyev: "Olimpiya Oyunlarında güclü deyil, şanslı olan qalib gəlir"

Mən gürcü idmançısına uduzacağıma inanmazdım

Bakı. 20 avqust. REPORT.AZ/ "Olimpiya Oyunları elədir ki, burada, zənnimcə güclü olan deyil, daha çox şanslı olan və bir az ağıl işlədən qalib gəlir".

"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qzanan Azərbaycan güləşçisi Hacı Əliyev deyib.

"Çünki burada mən də daxil olmaqla, elə güclü idmançılar məğlub olub ki…Mən gürcü idmançısına uduzacağıma inanmazdım, onu uda biləcəyimə dair güclü hiss var idi. Amma olmadı, qismət. Olimpiya Oyunlarında həmişə sensasiya olur, məsələn, Yaponiya idmançısının finala çıxacağı gözlənilmirdi. Həm də mən, bildiyiniz kimi 12 kq. çəki azaltmışam, bu özü də böyük bir şeydi. Mən normalda 61 kq. oluram və 69 kq-dək çəki dərəcəsində çıxış edirəm. 12 kq. arıqlamaqla demək olar ki, həyatımı da riskə atdım, bəzi problemlər oldu. Əsas odur ki, bu Olimpiya Oyunlarında medalsız qalmadım", - deyə o bildirib.

Güləşçi sonda sabah Şərif Şərifov, Toğrul Əsgərov və Xetaq Qazyumovdan qızıl medal gözlədiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi