Yuxarı

Fuad Muradov: "Biz məğlubiyyətlə üzləşdikləri zaman, idmançılarımıza mənəvi dəstək olmalıyıq"

Bu bir yarışdır. İdmaçının qalib və məğlub olması təbiidir

Bakı. 21 avqust. REPORT.AZ/ "Azərbaycan idmançılarının Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarındakı uğurları hər birimizi sevindirir. Qazanılan hər medal, Azərbaycan bayrağının dalğalanması və himnimizin səsləndirilməsi qürurvericidir."

"Report" xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib.

Komitə sədri qeyd edib ki, idmançılarımızın bu günə qədər qazandığı 16 medal Azərbaycanın idman sahəsində inkişafının göstəricisidir:

"Əvvəlki Olimpiya Oyunlarında olduğu kimi, bu dəfə də idmançılarımız bizi sevindirməkdə davam edir. Əlbəttə bu, ölkə prezidenti İlham Əliyevin idman və gənclərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində idman kompleksləri var. Gənclərin bu sahəyə marağı gündən-günə artır. Bu həm idmana olan dövlət qayğısının, həm də idmançılarımızn uğurlarının sayəsində baş verir. Düşünürəm ki, idmançılarımız bundan sonra da Azərbaycan bayrağını qaldırmaqda davam edəcəklər".

F.Muradov qızıl medal qazana bilməyən idmançılarımız barədə sosial şəbəkələrdə sələndirilən fikirlərə də münasibət bildirib.

"Bu bir yarışdır. İdmaçının qalib və məğlub olması təbiidir. Odur ki, uğurlarına sevindiyimiz kimi, məğıubiyyətlə üzləşdikləri zaman idmançılarımıza mənəvi dəstək olmalıyıq ki, növbəti uğurlara doğru onlarda ruh yüksəkliyi yaransın", - deyə o bildirib.

Komitə sədri bütün idmançılarımızı təbrik edib və yeni nailiyyətlər arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi