Yuxarı

​Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Braziliyaya gedib

Rövnəq Abdullayev cüdo yarışlarını izləyib

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib.

Federasiyadan "Report"a verilən məlumata görə, bir neçə gün Rioda səfərdə olacaq Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb və Olimpiya Oyunlarının cüdo yarışlarını izləyib.

Qeyd edək ki, cüdoçumuz Rüstəm Orucov (73 kq) Rio olimpiadasında Azərbaycana ilk medalı qazandırıb. Rüstəm yalnız finalda uduzaraq gümüş medala sahib olub. Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi