Bu gün Olimpiadada Azərbaycanın 4 idmançısı çıxış edəcək

Bu gün Olimpiadada Azərbaycanın 4 idmançısı çıxış edəcək Onlar 3 növ üzrə mübarizə aparacaqlar
Fərdi
20 Avqust , 2016 03:19
Bu gün Olimpiadada Azərbaycanın 4 idmançısı çıxış edəcək

Bakı. 20 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 3 növ üzrə 4 təmsilçisi çıxış edəcək.

"Report"un məlumatına görə, onların hamısı legionerlərdir.

İlk olaraq, mübarizəyə 3 dağıstanlı qatılacaq. Saat 17:24-də sərbəst güləş üzrə olimpiya çempionu Şərif Şərifov 86 kq. çəki dərəcəsində 1/8 final görüşündə çinli Şenqfenq Li ilə üz-üzə gələcək. Saat 17:48-də Cəmaləddin Məhəmmədov 125 kq çəki dərəcəsində 1/8 finalda ABŞ-dan olan Tervel Dlaqnevlə qarşılaşacaq.

Saat 19:45-də isə Azərbaycanın taekvondo yarışındakı son təmsilçisi Radik İsayev 1/8 final döyüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Ruslan Japarov olacaq.

Saat 22:20-də bədii gimnastların fərdi çoxnövçülük mübarizəsinə start veriləcək. 10 finalçı arasında Azərbaycan təmsilçisi Marina Durunda da yer alıb. Top, gürz, lent və halqa ilə hərəkətlərin yekununda qalib və mükafatçılar müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi