Braziliyada Olimpiya məşəlini suriyalı qaçqın da daşıyacaq

Braziliyada Olimpiya məşəlini suriyalı qaçqın da daşıyacaq 12 yaşlı qız ailəsi ilə birgə San-Pauluda məskunlaşıb
Fərdi
2 May , 2016 15:37
Braziliyada Olimpiya məşəlini suriyalı qaçqın da daşıyacaq

Bakı. 2 may. REPORT.AZ/ Braziliyada Olimpiya məşəli estafetinin ilk iştirakçılarından biri suriyalı qaçqın ailəsinin üzvü olacaq. "Report"un məlumatına görə, bu, 12 yaşlı Xanan Xaled Dakkadır. 

Qız və onun ailəsi Suriyanın şimal-şərqindəki İdlib şəhərində yaşayıb. Həmin şəhər vətəndaş müharibəsi zamanı ələ keçirilib. Onlar bir müddət İordaniyada qaçqınlar düşərgəsində yaşadıqdan sonra Braziliyaya üz tutaraq San-Pauluda məskunlaşıblar. Hazırda qızın anası hamilədir və Xanan bacı və ya qardaşının doğulacağını gözləyir. 

Qeyd edək ki, Olimpiya məşəli estafeti mayın 3-də Braziliyanın paytaxtı Braziliadan start götürəcək. 

Son xəbərlər

Orphus sistemi