Yuxarı

Böyük Britaniya yığmasının Rio-de-Janeyroda 9 çantası yoxa çıxıb

Bəzi çantalarda britaniyalı üzgüçülərin forması olub

Bakı. 6 avqust. REPORT.AZ/ Böyük Britaniya yığmasının Rio-de-Janeyrodakı olimpiya kəndində içərisində geyim və avadanlığın olduğu 9 çantası yoxa çıxıb.

Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.

Bəzi çantalarda britaniyalı üzgüçülərin forması olub, lakin komandanın ehtiyat avadanlığı qalır. Britaniyaların təqribən 3 minə yaxın çantası olub. 

Digər ölkələrin yığmaları da əşyaların itməsi haqqında dəfələrlə şikayət edib. 

Xatırladaq ki, Olimpiya Oyunları avqustun 21-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi