Yuxarı

Bolqarıstan yığmasının itkin düşən güləşçisini olimpiadada məşqçi əvəzləyəcək

Lyuben İliyev təlim-məşq toplanışından qayıtdıqdan sonra yoxa çıxıb

Bakı. 19 iyul. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Bolqarıstanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Dimitar Kumçev də çıxış edəcək. 

"Report"un məlumatına görə, olimpiya yığmasının məşqçisi Valentin Rayçev həmkarının itkin düşən güləşçi Lyuben İliyevi əvəzləyəcəyini bildirib.

İliyev 125 kq çəki dərəcəsində çıxış etmək üçün olimpiadaya yollanacaq heyətə daxil edilmişdi. Lakin o, Bolqarıstan komandası Rusiyadakı təlim-məşq toplanışından qayıtdıqdan sonra yoxa çıxıb. Rayçev 27 yaşlı pəhləvanla əlaqə saxlaya bilmədiklərini söyləyib: "Lyuben emosional baxımdan taraz deyil. Biz onu məşqçi Kumçev ilə əvəzləməyə qərar verdik".

Qeyd edək ki, Lyuben İliyev 2012-ci ildə Bolqarıstanın Blaqoyevqrad şəhərində polislə dalaşdığı üçün 5 gün həbsdə yatıb. XXXI Yay Olimpiya Oyunları avqustun 5-21-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi