Yuxarı

Azərbaycanlı boksçu: "Rio-da qələbə qazandığım təqdirdə karyeramı başa vurmağı planlaşdırıram"

Albert Səlimov: Bu, dünya və ya Avropa çempionatı deyil, Olimpiya Oyunlarıdır

Bakı. 6 avqust. REPORT.AZ/ "Rio-de-Janeyro Olimpiya Oyunlarında maksimal vəzifə qoyulub - 60 kq-a qədər çəki dərəcəsində qızıl medalı qazanmaq: qələbə zirvədə idman karyerasını başa vurmağa imkan verəcək.

"Report" "R-Sport"a istinadən xəbər verir ki, bunu azərbaycanlı boksçu Albert Səlimov deyib. 

"Hazırlıq səviyyəm yaxşıdır, düşünürəm ki, döyüşlərə optimal formada başlayacam. Məni turnirin favoriti hesab etmədikləri zaman da, mən özümü favorit hesab edirəm. Çünki öz imkanlarımı bilirəm və düşünürəm ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq. Mən yalnız birinci yeri hədəf tutmuşam. Mənim vəzifəm - qızıl medalı qazanmaqdır və  Rio-da qələbə qazandığım təqdirdə karyeramı başa vurmağı planlaşdırıram", - A.Səlimov bildirib.

İdmançının fikrincə, əldə edəcəyi uğur  zirvədə idman karyerasını başa vurmağa imkan verəcək. 

"Mən boksa o qədər əmək vermişəm, karyeram ərzində başıma çox işlər gəlib və buna görə də onu maksimum dərəcə ilə başa vurmaq istəyirəm. İndi özümü əla hiss edirəm və buna hazıram. Əsas rəqib yoxdur, hamı rəqibdir. Bu, Olimpiya Oyunlarıdır, burada hər bir idmançı təhlükəlidir. Bu, dünya və ya Avropa çempionatı deyil, bu, Olimpiya Oyunlarıdır, bu, tamamilə başqa məvhumdur", - boksçu vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi