Yuxarı

​Azərbaycanın daha bir boksçusu Rio-2016-ya lisenziya qazanıb

Lorenzo Sotomayor türkiyəli boksçunu məğlub edib

Bakı. 15 aprel. REPORT.AZ/ Boks üzrə Azərbaycan milli komandası Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. "Report"un məlumatına görə, bu vəsiqəyə yarımfinalda türkiyəli Batuhan Gözgeci məğlub edən Lorenzo Sotomayor yiyələnib.

64 kq çəki dərəcəsində yer alan Sotomayor 2:1 hesablı qələbə sayəsində finala yüksəlib və ilk "üçlüyü" təmin etdiyi üçün "Rio-2016"da iştirak hüququnu əldə edib. Onun turnirin finalındakı rəqibi ermənistanlı Hovhannes Baçkov və Böyük Britaniyadan olan idmançı Evaldas Petrauskas duelinin qalibi olacaq.

Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 38-ə çatıb.

Qeyd edək ki, bu gün daha iki lisenziyanı Yana Alekseyevna və Elvin Çələbiyev qazanıb. Ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) Rio-2016-ya lisenziya qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi