​Azərbaycanın qadın taekvondoçusu "Rio-2016"ya məğlubiyyətlə başlayıb

​Azərbaycanın qadın taekvondoçusu "Rio-2016"ya məğlubiyyətlə başlayıb Patimat Abakarova bürünc medal qazanmaq üçün Boqdanoviçin finaladək irəliləməsini gözləməlidir
Fərdi
17 Avqust , 2016 17:14
​Azərbaycanın qadın taekvondoçusu Rio-2016ya məğlubiyyətlə başlayıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova ilk görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan dağıstanlı idmançının rəqibi serbiyalı Tiyana Boqdanoviç olub.

1/8 final qarşılaşması Avropa çempionu Boqdanoviçin qələbəsi ilə yekunlaşıb - 3:2. İlk 3 raunddan sonra Abakarova 0:3 hesabı ilə geridə olub. Sonuncu raundda o, fərqi minimuma endirsə də, məğlubiyyətdən yaxa qurtara bilməyib.

İndi Abakarova bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün Boqdanoviçin finaladək irəliləməsini gözləməlidir.

Son xəbərlər

Orphus sistemi