Yuxarı

Azərbaycanın qadın kayakçısı Rio-2016-da finala yüksəlib - YENİLƏNİB

İnna Osipenko-Radomskaya finişə 39,803 saniyəyə çataraq yürüşün qalibi olub

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya yarımfinal yürüşündə çıxış edib. 

"Report"un məlumatına görə, 34 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafədə mübarizə aparıb.

O, seçmə yürüşdə olduğu kimi, yarımfinalda da finişə hamıdan öndə çatıb. Bu dəfə Osipenko-Radomskaya 39,803 saniyə nəticə göstərib.

*** 17:06

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya mübarizəyə başlayıb. 

"Report"un məlumatına görə, 34 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılıb.

O, finişə 40,702 saniyəyə çataraq yürüşün qalibi olub. Bununla da Osipenko-Radomskaya yarımfinala yüksəlib. Onunla birgə slovakiyalı Martina Kohlova (41,231), CAR təmsilçisi Bricit Ellen Hartli (41,698), kubali Yusmari Menqana (41,701), almaniyalı Konni Vassmut (41,972) və argentinalı Sabrina Amegino (42,417) də növbəti mərhələyə çıxıb. Özbəkistanlı Olqa Umaraliyeva (42,525) isə sonuncu yeri tutduğu üçün mübarizəni dayandırıb.

Bu gün saat 18:07-də başlanacaq yarımfinal yürüşündə Osipenko-Radomskayanın rəqibləri argentinalı Sabrina Amegino, avstriyalı Viktoriya Şvarts, macarıstanlı Nataşa Duçev-Yanic, fransalı Sara Quyo, sloveniyalı Spela Ponomarenko Yaniç, çinli Yu Ju və danimarkalı Henriet Hansen olacaq. Reqlamentə əsasən, ilk 2 yeri tutanlar və ümumilikdə 3 yarımfinal yürüşündə 3-cü yeri tutanlardan ən yaxşı 2-si finala yüksələcək.

Həlledici yürüş sabah saat 16:47-də başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi