Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Məhəmmədrəsul Məcidov ilk döyüşünə çıxıb.
"Report"un məlumatına görə, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançının 1/16 final mərhələsindəki rəqibi mərakeşli Mohammed Arjaui olub.
İlk raunddan üstün təsir bağışlayan Azərbaycan boksçusu sonadək təşəbbüsü əldən verməyib. Beləliklə, döyüş Məcidovun qələbəsi ilə yekunlaşıb - 3:0.
Avropa və ikiqat dünya çempionunun 1/8 finaldakı rəqibi qazaxıstanlı İvan Dıçko olacaq.