Azərbaycanın daha bir boksçusu ilk görüşdən qalib ayrılıb

Azərbaycanın daha bir boksçusu ilk görüşdən qalib ayrılıb Kamran Şahsuvarlı çinli rəqibini məğlub edib
Fərdi
9 Avqust , 2016 19:34
Azərbaycanın daha bir boksçusu ilk görüşdən qalib ayrılıb

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı ilk döyüşünə çıxıb. 

"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində keçirilən görüşdə rəqib çinli Çao Minqqanq olub.

Görüş Şahsuvarlının qələbəsi ilə yekunlaşıb - 3:0. 

Onun 1/8 finalda rəqibi rusiyalı Artyom Çebotaryov olacaq. Döyüş avqustun 13-də saat 01:30-da başlayacaq. 

Qeyd edək ki, daha öncə Azərbaycan boksçularından Teymur Məmmədov (81 kq) 1/8 finala, Abdulqadir Abdullayev (91 kq) isə 1/4 finala yüksəlib. Yalnız Rüfət Hüseynov (49 kq) ilk  görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi