Yuxarı

Azərbaycanın daha 8 idmançısı "Rio-2016"da mübarizəyə qoşulur

İlk medalı cüdoçu Orxan Səfərov qazana bilər

Bakı. 6 avqust. REPORT.AZ/ XXXI Yay Olimpiya Oyunlarının ikinci yarış günündə Azərbaycanın daha 8 təmsilçisi mübarizəyə qoşulacaq. 

"Report"un məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərində idmançılar şosse velosipedi, cüdo, idman gimnastikası, boks, akademik avarçəkmə və güllə atıcılığı növlərində yarışacaqlar.

İlk medal ümidi kimi daha çox cüdoçu Orxan Səfərov göstərilir. Şosse velosipedçisi Maksim Averinlə güllə atıcısı Ruslan Lunyovun da yekun nəticəsi bu gün müəyyənləşəcək.

Günün proqramı:

Şosse velosipedi

Final. 16:30 - 23:10. Maksim Averin

Cüdo

Seçmə mərhələ. 17:00 - 20:00. 1/16 final. Orxan Səfərov - Xuan Postiqos (Peru).

Yarımfinal və final. 22:30 - 01:10

İdman gimnastikası

I təsnifat mərhələsi. 17:30 - 20:00, 21:30 - 24:00. 01:30 - 04:00. Oleq Stepko, Pavel Paxnyuk

Boks

1/16 final. 24:00. Rüfət Hüseynov - Matias Hamunyela (Namibiya)

Akademik avarçəkmə

Seçmə yürüş. 18:30. Aleksandr Aleksandrov - Boris Yotov. 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş

Güllə atıcılığı

Final. 20:00 - 23:30. Ruslan Lunyov. 10 metr, pnevmatik tapança ilə

Xatırladaq ki, bu gün Azərbaycanın ilk təmsilçisi Olqa Senyuk kamandan oxatma növündə fərdi sıralama yarışına qoşulacaq. Yarış saat 20:00-dan 22:00-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi