Yuxarı

Azərbaycanın 3 boksçusu bu gün olimpiadaya lisenziya uğrunda növbəti görüşlərini keçirəcək

Rüfət Hüseynov 1/4, Kamran Şahsuvarlı ilə Teymur Məmmədov 1/8 final mərhələsində döyüşəcək

Bakı. 21 iyun. REPORT.AZ/ Bakıdakı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Təsnifat Turnirində bu gün Azərbaycan boksçuları növbəti döyüşlərini keçirəcəklər. "Report"un məlumatına görə, günorta proqramında əvvəlcə rinqə Rüfət Hüseynov çıxacaq.

49 kq çəki dərəcəsində yer alan Hüseynov 1/4 finalda mərakeşli Zuhir əl-Bakkali ilə üz-üzə gələcək.

Daha sonra 75 kq çəkidəki Kamran Şahsuvarlı venesuelalı Xose Qonsales Mendeslə 1/8 final döyüşündə qarşılaşacaq.

81 kq çəkidə çıxış edən Teymur Məmmədov da eyni mərhələdə gücünü sınayacaq. Onun rəqibi isə gürcüstanlı Yaqo Kiziriya olacaq.

Qeyd edək ki, Dünya Təsnifat Turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. 75 kq və 81 kq çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət komanda olimpiadaya tam heyətlə qatılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi