​Azərbaycan Yay Olimpiya Oyunlarında 7 idman növündə medal qazanıb

​Azərbaycan Yay Olimpiya Oyunlarında 7 idman növündə medal qazanıb Ölkəmiz müstəqillik əldə etdikdən sonra cüdo, idman gimnastikası, güləş, atıcılıq, boks və ağır atletika növlərində fərqlənmişdi
Fərdi
16 Avqust , 2016 18:01
​Azərbaycan Yay Olimpiya Oyunlarında 7 idman növündə medal qazanıb

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Yay Olimpiya Oyunlarında yeni idman növündə medal qazanıb. 

"Report"un məlumatına görə, bu, "Rio-2016"da kayakçı İnna Osipenko-Radomskayanın sayəsində reallaşıb. 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançı finişə 40,401 saniyəyə çataraq bürünc medala sahib olub. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə Barselonadan etibarən Yay Olimpiya Oyunlarında təmsilçiləri cüdo, idman gimnastikası, güləş, atıcılıq, boks və ağır atletika növlərində medal baxımından fərqlənmişdi. Kayak - Azərbaycana Olimpiya medalı qazandıran 7-ci idman növü olub. Ölkəmiz bu yarışlarda ən çox güləşdə mükafat əldə edib - 14 medal. 

Kayak kimi 1 medal qazanan ağır atletikadır ki, onu da milliləşdirilən legioner - bolqar Valentin Xristov "London-2012"də bürünc medalla reallaşdırıb. Əslən Ukraynadan olan İnna Osipenko-Radomskaya ardıcıl 4-cü olimpiadada 5-ci medalını qazanıb. 

Xatırladaq ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının təmsil olunduğu növlərdən kanoedə də "Bakı-2015" I Avropa Oyunlarında medal qazanmışdı. Bu, Mingəçevirdə keçirilən yarışda gümüş mükafat qazanan Valentin Demyanenkonun sayəsində gerçəkləşmişdi.

Son xəbərlər

Orphus sistemi