Yuxarı

​Azərbaycan velosipedçisi Olimpiadada finişə çata bilməyib

Maksim Averin Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxışını başa vurub

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanın daha bir idmançısı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

"Report"un məlumatına görə, Maksim Averin şosse velosipedi növündə qrup ötüşməsi üzrə yarışda finişə çata bilməyib.

144 velosipedçinin qatıldığı yarışda Averin finişə çata bilməyən 79 nəfərdən biri olub.

Belçikalı Qreq van Avermat 6 saat 10,05 dəqiqə nəticə ilə qızıl, eyni nəticəyə malik danimarkalı Yakob Fulsanq gümüş, 6 saat 10,10 dəqiqə göstəricisi olan polşalı Rafael Mayka isə bürünc medal qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi