Azərbaycanın ilk idmançısı "Rio-2016"da mübarizəyə başlayır

Azərbaycanın ilk idmançısı "Rio-2016"da mübarizəyə başlayır Olqa Senyuk oxatma yarışının təsnifat mərhələsində çıxış edəcək
Fərdi
5 Avqust , 2016 00:05
Azərbaycanın ilk idmançısı Rio-2016da mübarizəyə başlayır

Bakı. 5 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarından ilk olaraq, Olqa Senyuk qüvvəsini sınayacaq. "Report"un məlumatına görə, kamandan oxatma yarışları bu gün Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Olimpiadanın ilk yarış günündə təsnifat atışları olacaq. Təkbətək atışda ən yaxşı nəticə göstərən 64 idmançı növbəti mərhələyə yüksələcək. Növbəti mərhələ 9 - 11 avqustda olacaq.

Yarışlar Sambodrom meydanında keçiriləcək.

Qeyd edək ki, kamandan oxatma yarışları avqustun 12-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi