Azərbaycan yığması XXXI Yay Olimpiya Oyunlarında atletlərin paradında iştirak edib

Azərbaycan yığması XXXI Yay Olimpiya Oyunlarında atletlərin paradında iştirak edib Azərbaycan bayrağını boks üzrə Avropa çempionu Teymur Məmmədov daşıyıb
Fərdi
6 Avqust , 2016 04:03
Azərbaycan yığması XXXI Yay Olimpiya Oyunlarında atletlərin paradında iştirak edib

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycan idmançıları Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında komandaların paradında keçid ediblər.

"Report" xəbər verir ki, əvvəlcə ənənəvi olaraq Yunanıstan idmançıları azarkeşlər önünə çıxıblar.

Ardınca Əfqanıstan, CAR, Albaniya, Almaniya, Andorra, Anqola, Antiqua və Barbuda, Səudiyyə Ərəbistanı, Əlcəzair, Argentina, Ermənistan, Aruba, Avstraliya, Avstriyadan sonra Azərbaycan nümayəndə heyəti keçid edib.

Azərbaycan bayrağını boks üzrə Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Teymur Məmmədov daşıyıb.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunacaq. Onlar idmanın 18 növü üzrə mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi