Yuxarı

​Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

İranlı legionerin rəqibi venesuelalı Ervin Xose Karabalyo Kabrera olub

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Sabah Şəriəti ilk təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 130 kq. çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi venesuelalı Ervin Xose Karabalyo Kabrera olub.

Görüşün ilk hissəsində Şəriəti ardıcıl xallar qazanaraq 6:0 hesabı ilə önə keçib. İkinci hissədə isə o, daha bir xal qazanaraq, sona 1 dəqiqə qalmış görüşün qalibi olub.

Şəriəti növbəti təsəlliverici görüşdə almaniyalı Eduard Poppu da yensə, bürünc medal qazanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi