Yuxarı

Azərbaycan əsilli atlet Ramil Quliyevin olimpiadada yarışacağı növlər müəyyənləşib

Türkiyəni Rio-2016da 103 idmançı təmsil edəcək

Bakı. 23 iyul. REPORT.AZ/ Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyevin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarışacağı növlər müəyyənləşib. "Report"un məlumatına görə, 26 yaşlı sprinter 3 medal uğrunda mübarizə aparacaq.

O, 100 metr və 200 metr məsafələrə qaçış və 4X100 metr estafetində iştirak edəcək.

Qeyd edək ki, "Rio-2016"da Türkiyəni 103 idmançı təmsil edəcək. Onlardan 31-i atletika növündə yarışacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi