Azərbaycan cüdoçusu Rüstəm Orucov olimpiadada yarımfinala yüksəlib - ƏLAVƏ OLUNUB

Azərbaycan cüdoçusu Rüstəm Orucov olimpiadada yarımfinala yüksəlib - ƏLAVƏ OLUNUB O, macarıstanlı rəqibini də məğlub edib
Fərdi
8 Avqust , 2016 19:54
Azərbaycan cüdoçusu Rüstəm Orucov olimpiadada yarımfinala yüksəlib - ƏLAVƏ OLUNUB

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına yenib. Növbəti mərhələdə isə rəqib Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə R.Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbə qazanıb.

Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olub. Orucov vazari xalı hesabına qalib gəlib. 

Yarımfinalda rəqib israilli Sagi Muki olacaq.

Son xəbərlər

Orphus sistemi