Azərbaycan cüdo yığması olimpiadada çıxışını 2 medalla başa vurub - YENİLƏNİB

Azərbaycan cüdo yığması olimpiadada çıxışını 2 medalla başa vurub - YENİLƏNİB Yığma üzvlərindən Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıb
Fərdi
12 Avqust , 2016 18:01
Azərbaycan cüdo yığması olimpiadada çıxışını 2 medalla başa vurub - YENİLƏNİB

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri ikinci görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı 1/8 finalda yaponiyalı Hisayoşi Haraşava ilə üz-üzə gəlib.

Qarşılaşmanın əvvəlində Haraşava xəbərdarlıq xalı alsa da, sonradan ipponla qələbəyə nail olub.

Bununla da Kokauri və Azərbaycan cüdo yığması olimpiadada çıxışını başa vurub. Yığma üzvlərindən Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıb.

*** 17:22

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri ilk görüşünü keçirib. 

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı 1/16 finalda latviyalı Artur Nikiforenko ilə üz-üzə gəlib.

Görüş cəmi 4 dəqiqə 42 saniyə davam edib. Kokauri rəqibinə ipponla qalib gəlib. 1/8 finalda onun rəqibi yaponiyalı Hisayoşi Haraşava olacaq.

Son xəbərlər

Orphus sistemi