Orxan Səfərov Rio Olimpiadasında 5-ci yeri tutub - YENİLƏNİB

Orxan Səfərov Rio Olimpiadasında 5-ci yeri tutub - YENİLƏNİB Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizədə yaponiyalı rəqibinə məğlub olub
Fərdi
7 Avqust , 2016 00:17
Orxan Səfərov Rio Olimpiadasında 5-ci yeri tutub - YENİLƏNİB

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 5-ci yeri tutub.

"Report"un məlumatına görə, 60 kq. çəki dərəcəsində çıxış edən Səfərov bürünc medal uğrunda mübarizədə 2013-cü ilin dünya çempionu, yaponiyalı Naohisa Takato ilə üz-üzə gəlib.

Görüşün əvvəlində və ortasında hakim qeyri-fəal güləşməsi səbəbindən ona xəbərdarlıq edib. Bundan sonra Azərbaycan təmsilçisinin cəhdləri nəticə verməyib və o məğlub olub.

***23:40, 06 avqust

Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında finala yüksələ bilməyib.

"Report" xəbər verir ki, yarımfinalda Səfərovun rəqibi 2015-ci ilin qazaxıstanlı dünya çempionu Yeldoş Smetov olub. Görüşün əvvəlində hakim hər iki cüdoçuya xəbərdarlıq edib. Sönük keçən görüşün sonlarında Smetov vazari xalı ilə hesabda irəli keçib. Qalan 20 saniyə ərzində o, passiv çıxışına görə daha 2 xəbərdarlıq alsa da, üstünlüyünü qoruyub.

Beləliklə, Səfərov yaponiyalı Naohisa Takato ilə bürünc medal uğrunda görüşdə üz-üzə gələcək. Qızıl medal qarşılaşması isə rusiyalı Beslan Mudranovla qazaxıstanlı Yeldoş Smetov arasında keçiriləcək.

***19:53

Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.  

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən O.Səfərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə perulu Xuan Postiqosu xal hesabı ilə yenib. Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.

Səfərov 1/8 finalda isə qırğızıstanlı Otar Bestayevlə qarşılaşıb. Sona 15 saniyə qalmış azərbaycanlı cüdoçu rəqibinə ippon fəndi ilə qalib gəlib. Azərbaycan cüdoçusu növbəti mərhələdə isə braziliyalı Felipe Kitadayı 2 dəqiqə 55 saniyəyə ipponla yenib. 

Qeyd edək ki, yarımfinalda Orxan Səfərovun rəqibi Yeldoş Smetov (Qazaxıstan) olacaq. 

Son xəbərlər

Orphus sistemi