Azərbaycan cüdo yığmasının baş məşqçisi ilə müqavilə uzadılacaq

Azərbaycan cüdo yığmasının baş məşqçisi ilə müqavilə uzadılacaq Rövnəq Abdullayev bu həftə milli komandanı qəbul edəcək
Fərdi
5 Sentyabr , 2016 11:59
Azərbaycan cüdo yığmasının baş məşqçisi ilə müqavilə uzadılacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaxerlə əməkdaşlıq davam etdiriləcək. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev açıqlama verib.

O, yeni müqavilənin bağlanılacağı tarixin hələ müəyyənləşmədiyini bildirib: "2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından qayıdan cüdoçularla, yəqin ki, bu həftə görüşəcəyəm. "Gələcəyə baxış" mövzusunda müşavirəmiz olacaq. Toplantıda komanda, məşqçilərlə birgə 2020-ci il Tokio olimpiadası üçün hədəfimizi müəyyənləşdirəcəyik. Qarşıdakı 4 ildə atacağımız addımlar, büdcəmiz, görəcəyimiz işlər müzakirə olunacaq".

Qeyd edək ki, "Rio-2016"da Azərbaycan cüdoçuları 2 gümüş medal qazanıb. Həmin medalları Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) əldə edib.    

Son xəbərlər

Orphus sistemi