Yuxarı

Azərbaycan boksçusu 1/4 final mərhələsinə yüksəlib

Onun növbəti mərhələdəki rəqibi Asiya çempionu, özbəkistanlı Şakhobidin Zoirov olacaq

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Elvin Məmişzadə ilk görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində yer alan dünya çempionunun 1/8 finaldakı rəqibi qazaxıstanlı Oljas Sattınbayev olub. 

Görüş Məmişzadənin hər 3 raundda qələbəsi ilə yekunlaşıb. 

Onun növbəti mərhələdəki rəqibi Asiya çempionu, özbəkistanlı Şakhobidin Zoirov olacaq. Döyüş avqustun 17-də saat 22:30-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi