Yuxarı

Azərbaycan güllə atıcısı olimpiadaya lisenziya qazanıb

Ruslan Lunyov Rio-2016da iştirak edəcək 48-ci idmançıdır

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu barədə "Report"a yığmanın baş məşqçisi İradə Aşumova məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı idmançıya olimpiadada iştirak üçün "vayld kart" təqdim olunub. İ.Aşumova seçimin 3 azərbaycanlı atıcı arasından aparıldığını bildirib. Baş məşqçi deyib ki, daha yüksək reytinqi olduğu üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyası R.Lunyova üstünlük verib.

Azərbaycanlı güllə atıcısı "Rio-2016"da 25 metr məsafəyə kiçik çaplı tapançadan və 10 metr məsafəyə pnevmatik tapançadan 60 atəş açacaq.

Qeyd edək ki, Ruslan Lunyov olimpiadaya vəsiqə qazanan 48-ci idmançıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi