Azərbaycan "Rio-2016" olimpiadasında rekord sayda idmançı və növlə təmsil olunacaq - SİYAHI

Azərbaycan "Rio-2016" olimpiadasında rekord sayda idmançı və növlə təmsil olunacaq - SİYAHI 18 növdən 4-ü yenidir
Fərdi
2 İyun , 2016 13:50
Azərbaycan Rio-2016 olimpiadasında rekord sayda idmançı və növlə təmsil olunacaq - SİYAHI

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında rekord sayda idman növü və idmançı ilə təmsil olunacaqlar. "Report"un məlumatına görə, indiyədək başa çatmış lisenziya yarışları nəticəsində vəsiqələrin sayı "London-2012"dəki göstəricini keçib.

Olimpiadanın rəsmi saytına əsasən, Rio-de-Janeyroda 10 000-dək idmançı 39 yarış növü üzrə 301 dəst medal uğrunda mübarizə aparacaq. Bu günədək Azərbaycanın 55 idmançısı 18 növdə lisenziyanı təmin edib. Onlar artıq 57 medal qazanma şansı əldə ediblər.

2012-ci il London Yay Olimpiya Oyunlarına 15 növ üzrə 53 idmançı 52 lisenziya qazanmışdı. 

Amma lisenziya sayında artım və ya azalma baş verə bilər. İş ondadır ki, lisenziya yarışları hələ yekunlaşmayıb. Bu ay Bakıda boks üzrə dünya təsnifat turniri keçiriləcək. Boksla yanaşı, atletika, üzgüçülük kimi növlərdə də lisenziya artımı gözlənilir. Azalma isə ağırlıqqaldıranlara dopinq-testdən keçə bilməmələri səbəbindən cəzanın verilmə ehtimalı üzündən baş verə bilər.

Bundan başqa, Rio-2016"ya yeni növlərdə - oxatma, kanoe-slalom, trek velosipedi və triatlonda lisenziyalar qazanılıb.

Azərbaycan idmançılarının lisenziya qazandığı idman növləri (təmsil olunacaq idmançıların və onların qazandıqları lisenziyaların sayı): Oxatma (1-1), idman gimnastikası (2-2), atletika (3-3), boks (8-8), kanoe-slalom (1-1), kayak-kanoe (2-3), şosse velosipedi (2-2), trek velosipedi (1-2), qılıncoynatma (1-1), cüdo (6-6), bədii gimnastika (1-1), akademik avarçəkmə (2-1), atıcılıq (1-1), üzgüçülük (1-2), taekvondo (4-4), triatlon (1-1), ağırlıqqaldırma (4-4), güləş (14-14)

Olimpiadada Azərbaycanı təmsil edəcək idmançılar:

S/S Soyadı, adı İdman növü və fənni
  • 1.
Albert Səlimov Boks (60 kq)
  • 2.
Elvin Məmişzadə Boks (52 kq)
  • 3.
Pərviz Bağırov Boks (69 kq)
  • 4.
Cavid Çələbiyev Boks (56 kq)
  • 5.
Lorentso Sotomayor Boks (64 kq)
  • 6.
Abdulkadir Abdullayev Boks (-91 kq)
  • 7.
Məhəmmədrəsul Məcidov Boks (+91 kq)
  • 8.
Yana Alekseyevna Boks (60 kq)
  • 9.
Hanna Skidan Atletika (çəkic tullama)
  • 10.
Nazim Babayev Atletika (üç təkanla tullanma)
  • 11.
Hayle İbrahimov Atletika (5000 m. məsafəyə qaçış)
  • 12.
Aleksandr Aleksandrov / Boris Yotov Akademik avarçəkmə
(2000 m. ikinəfərlik qayıq)
  • 13.
Valentin Demyanenko Kanoe (200m. birnəfərlik qayıq)
  • 14.
İnna Osipenko-Rodomska Kayak (200 m. birnəfərlik qayıq)
  • 15.
İnna Osipenko-Rodomska Kayak (500 m. birnəfərlik qayıq)
  • 16.
Yure Meqliç Kanoe-slalom (birnəfərlik qayıq)
  • 17.
Elvin Mürsəliyev Yunan-Roma güləşi (75 kq)
  • 18.
Rövşən Bayramov Yunan-Roma güləşi (59 kq)
  • 19.
Rəsul Çunayev Yunan-Roma güləşi (66 kq)
  • 20.
Sabah Şəriəti Yunan-Roma güləşi (130 kq)
  • 21.
SamanTəhmasibi Yunan-Roma güləşi (85 kq)
  • 22.
Mariya Stadnik Qadın güləşi (48 kq)
  • 23.
Anjela Doroqan Qadın güləşi (53 kq)
  • 24.
Yuliya Ratkeviç Qadın güləşi (58 kq)
  • 25.
Mircəlal Həsənzadə Sərbəst güləş (57 kq)
  • 26.
Toğrul Əsgərov Sərbəst güləş (65 kq)
  • 27.
Məhəmmədhacı Xatiyev Sərbəst güləş (86 kq)
  • 28.
Xetaq Qazyumov Sərbəst güləş (97 kq)
  • 29.
Cəmaləddin Məhəmmədov Sərbəst güləş (125 kq)
  • 30.
Cəbrayıl Həsənov Sərbəst güləş (74 kq)
  • 31.
Marina Durunda Bədii gimnastika
  • 32.
Oleq Stepko İdman gimnastikası
  • 33.
Petro Paxnyuk İdman gimnastikası
  • 34.
Komanda hesabında 4 nəfər Ağırlıqqaldırma
  • 35.
Komanda hesabında 4 nəfər Ağırlıqqaldırma
  • 36.
Komanda hesabında 4 nəfər Ağırlıqqaldırma
  • 37.
Komanda hesabında 4 nəfər Ağırlıqqaldırma
  • 38.
Radik İsayev Taekvondo (+80 kq)
  • 39.
Fəridə Əzizova Taekvondo (67 kq)
  • 40.
Milad Beigi Harçeqani Taekvondo (-80 kq)
  • 41.
Patimat Abakarova Taekvondo (49 kq)
  • 42.
Maksim Averin Velosiped (şosse)
  • 43.
Olqa İsmayılova Velosiped (keyrin)
  • 44.
Olqa İsmayılova Velosiped (sprint)
  • 45.
Yelena Pavluxina Velosiped (şosse)
  • 46.
Maksim Şemberev Üzgüçülük (400 metr məsafəyə kompleks üzmə)
  • 47.
Maksim Şemberev Üzgüçülük (1500 met məsafəyə sərbəst üsulla üzmə)
  • 48.
Sabina Mikina Qılıncoynatma (sablya)
  • 49.
Rostislav Pevtsov Triatlon
  • 50.
Olqa Senyuk Kamandan oxatma
  • 51.
Ruslan Lunyov Güllə atıcılığı
52 - 57. cüdo 6 lisenziya (60 kq, 66 kq, 73 kq, 90 kq, 100 kq, +100 kq)

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi